Ufuk Budakın komanda yoldaşı “Qalatasaray”da
21.05.2013 - 04:34
Bu mövsüm Türkiyə çempionu olan “Qalatasaray” transfer hazırlıqlarına surətlə başlayıb. Apasport.az saytının məlumatına görə, “Cim-Bom” Azərbaycan millisinin və “Əskişəhərspor”un müdafiəçisi Ufuk Budakın komanda yoldaşı Alper Potukla anlaşıb.
İstanbul klubunun prezidenti Ünal Aysal və “Əskişəhərspor”un rəhbəri Halil Ünal dünən gecə bir araya gələrək gənc oyunçunun transferini rəsmiləşdiriblər. Aysal Potuk üçün Əskişəhər təmsilçisinə 5,5 milyon avro və “Mersin İdmanyurdu”nda icarə əsasında çıxış edən Emmanuel Kulio və Yigit Gökoğlanı təklif edib. Halil Ünal da Aysalın bu təklifi ilə razılaşıb.
Qeyd edək ki, transfer pəncərəsi açılan kimi, “Qalatasaray” 22 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalayacaq.

- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
- A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb
- "Yunayted"dən transfer bombası: Braziliyalı ulduz Mançester yolunda
- "Qalatasaray" Torreyra ilə yeni müqavilə imzalayıb
- Premyer Liqaya yüksələn iki klub bəlli olub
0
0