Zeynal Məmmədovdan səmimi etiraflar
21.05.2013 - 09:52
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun apasport.az saytına müsahibəsi
- Çempionlar Liqasının və UEFA kubokunun qalibi olan “Portu” klubu ilə əməkdaşlıqla bağlı Portuqaliyaya getmişdiniz. Səfər təəssüratlarınızı bilmək maraqlı olardı...
- Səfər çox gözəl keçdi. “Portu” ilə danışıqlarla bağlı klub prezidenti Hafiz Məmmədovu məlumatlandırdım. O, mənə bu işi görməyi tapşırdı və ötən həftənin əvvəlində Portuqaliyaya yollandıq. Həmin səfərdən sonra məndə belə təəssürat yaranıb ki, biz hələ futbolu bilmirik. Bunu bilmək üçün zamanı ehtiyacımız var. Yəni futbolda Portuqaliyadan həddindən artıq geri qalırıq. Belə götürsək, həvəskar dərəcəsindəyik, peşəkar səviyyəyə keçməyə hələ çox var.
- Maraqlıdır, “Portu” “Bakı”nı hansı səviyyədə tanıyır?
- “Portu” “Bakı”nı belə tanıyır ki, Azərbaycanın ən iddialı klublarından biridir. Futbola böyük sərmayə qoyur, infrastruktur, Akademiya yaradır. Düzdür, “Bakı”nın “Atletiko” ilə əməkdaşlığı da buna təkan verib. Madrid təmsilçisi, “Lans” klubu ilə əlaqələr qurmuşuqsa, “Portu” ilə niyə olmasın? Bu, sırf reklama deyil, futbol sahəsində işlərə hesablanıb: uşaq futbolundan, Akademiyadan, məşqçilərdən tutmuş əsas komandaya qədər.
- “Portu”dakı şəraiti necə xarakterizə edərdiniz?
- Orda gördüklərimə heyran qaldım. “Portu”nun stadionundan başqa 2 təlim-məşq bazası var. 4-14 yaşlı uşaqlar məşq edir və bu, pulludur. Əgər aya 4 məşqdirsə 30, 8 məşqdirsə 40, 12 məşqdirsə 50 avrodur. 14 yaşından sonra isə pulsuzdur. Bu, ona hesablanıb ki, həmin yaşdan sonra onun futbolçu olub-olmayacağını bilirlər. Yəni həmin uşağa sərmayə qoymaq olar, yoxsa yox. Bunun 4-14 yaş arası olmağı çox gözəl fikirdir.
- “Bakı” və “Portu” arasında yoldaşlıq görüşünün keçirilməsi gözlənilir?
- Danışıqlar ilk mərhələdədir. Yoldaşlıq görüşü də olacaq. Ancaq bunlarla bağlı Hafiz müəllimlə söhbətləşməyimiz lazımdır. Razılığa gəlib, “Portu” ilə müqavilə imzalayandan sonra işlərimizi həyata keçirəcəyik. Danışıqlar əsasında oyunun tarixini müəyyənləşdirəcəyik.
- “Portu” ilə əməkdaşlıq necə illik nəzərdə tutulub?
- Uzun müddətli. 5-10 illik əməkdaşlıq olacaq. “Portu”nun modelini “Bakı”da yaratmaq bizim üçün bir fantastika olar. Onu bizim bu templə, maliyyə dəstəyi ilə yalnız 25-30 ilə reallaşdıra bilərik. “Portu” 120 ilin klubudur. Tək “Draqao” stadionunda olmaq, infrastrukturu görmək nəyə desən dəyər.
- “Lans”la əməkdaşlıq nə yerdədir? Əfsanəvi fransalı futbolçu Jan-Pyer Papenin Bakıya növbəti səfəri nəzərdə tutulmuşdu...
- Bunların hamısı ayın sonunda prezidentimizlə oturub müzakirələrdən sonra bilinəcək. Mən razıyam ki, menecmentliklə bizə mütləq mütəxəssis lazımdır. İnanın ki, “Portu”nu görəndən sonra “biz işləyirik” deməyə adamın dili gəlmir. Ona görə mənim öz işimdə öyrənmək istədiyim çox-çox şeylər var. İstəyərəm ki, bir əcnəbi mütəxəssis həm işi aparsın, həm də biz ondan öyrənək. Fikirləşirəm ki, baxıb öyrənmək heç qəbahət iş deyil. Neçə yaş olursa-olsun, razıyam ki, izahla başa salınsın. İş elə qurulsa, inanın ki, nəticə də gələcək, qələbələr də.
- Nəticədən söz düşmüşkən, mövsüm “Bakı” üçün uğursuz oldu. Bu isə böyük dəyişikləri qaçılmaz edir...
- Bəli. Təbii ki, 5-ci pillə “Bakı”ya yaraşan yer deyil. Bu, faktdır ki, komanda 80 faiz dəyişilməlidir: Baş məşqçidən tutmuş futbolçulara qədər. Nəticə verməyən çalışdırıcının özü getməlidir. 1 il baş məşqçimiz olan Bojidar Bandoviçlə mövsüm bitəndən sonra danışdıq. Hesab edirəm ki, ortaq məxrəcə gəlmişik və Bojidarla yollarımızı ayıracağıq.
- Müqavilə kompensasiya qarşılığında pozulur?
- Bandoviçin 1 illik müqaviləsi var və onu danışmışıq. Hafiz müəllim burda olmadığına görə yekun qərarı verməmişik. Ancaq mən bütün detalları razılaşdırmışam. Təmiz söhbət edim ki, baş məşqçi qalan müqavilənin ümumi dəyərinin az - 1/3 hissəsini istəyir. O, uğursuz nəticəyə görə çox da irəli getmir, bu da bir jestdir. Biz də çalışdırıcı ilə sivil yolla ayrılmaq istəyirik. Prezidentimiz son sözü deyəndən sonra Bojidarı yola salacağıq.
- Yəqin ki, Bandoviçin köməkçiləri olan həmyerliləri də gedəcək...
- Bəli. Yerlilər Qəhrəman Əliyevlə Novruz Əzimov işlərinin başında qalır.
- Deyilənə görə, “Bakı” hansısa komandasına Mahmud Qurbanovu məşqçi gətirəcək...
- Yox, boş söhbətdir. Atırlar ortaya, nə bilim... Mən sizə real variantları deyirəm.
- Bəs qapıçılarla işləyən məşqçi Muarrem Zekirinin taleyi necə olacaq?
- Bildiyiniz kimi, Zekiri klubumuzda uzun müddətdi çalışır, artıq özümüzünküdür. Ola bilər ki, yenidən Futbol Akademiyamıza keçsin, orda da dəyişiklik olsun. Hamısı yeni baş məşqçidən asılıdır. Məşqçi, futbolçu işi elədir ki, bu gün burdadırlar, sabah harda olacaqları bilinmir. Ancaq klub fəaliyyətini davam etdirir və “Bakı”da köklü dəyişiklər olacaq. Bu, əsasən legionerlərə aiddir. Onlardan 5-i saxlayıb, qalanlarını yola salacağıq.
- Növbəti mövsümdə legioner siyasəti necə olacaq?
- Bildiyiniz kimi, bizdə legioner çoxdur və strategiya belə olacaq ki, “18-liy”ə düşməyən oyunçunu gətirmək lazım deyil. Komandada yalnız oyunun protokoluna düşən legionerlər olmalıdır. Bunun da sayı maksimum 10 nəfər. Əsas üstünlüyü yerli bazara verəcəyik. Bizdə heyətlə bağlı qərarları baş məşqçi verir. Yəni bu gün mən istəyim oyunçunu götürüm, elə deyil. Baş məşqçi deyəcəksə ki, bu futbolçu qalmalıdır, deməli, o, qalacaq. İstəmədiyini də yola salacağıq. Ya transferə çıxaracağıq, ya da anlaşmasını pozacağıq.
- “Bakı” son 4 ildə tez-tez baş məşqçi dəyişsə də, bunun faydasını görmür. Hesab etmirsiniz ki, bu dəfə seçimə xüsusi fikir verib, səhv etmək olmaz?
- Bəli. Ancaq nə qədər etsən də, yenə səhvlər olur. Sadəcə, bunun keçən ilkindən qat-qat az olmağına çalışacağıq. Gərək iş peşəkarcasına qurula, yaxşı skautlar ola. Hər kəs öz işini bilib, onunla məşğul olmalıdır. “Portu”da belədir və iş də saat kimi gedir. 31 ildir eyni prezidentin, cənab Brandaunun rəhbərliyi altında işləyirlər. O da gənc kadrları yığıb, hər şöbənin müdiri öz işini görür. Heç kəs bir-birinin işinə müdaxilə etmir.
- Yeni baş məşqçinin əcnəbi olması kursuna sadiq qalacaqsınız?
- Bu, Hafiz müəllimdən asılıdır. Hər halda, əcnəbi olacağını fikirləşirəm.
- Namizədlər varmı?
- Var, ad çəkməyəcəyəm. Prezidentimiz özü qərar verəcək. Ola bilər ki, adlı-sanlı, sanballı mütəxəssis gətirdik. Bunu mən yox, Hafiz müəllim deyəcək.
- İspaniya, Portuqaliya ilə əlaqələrinizdən istifadə edərək, ordan baş məşqçi gətirməyiniz mümkündür?
- Qardaş, hər şey ola bilər. Portuqaliyalılarla hələ müqavilə bağlamamışıq. Bağlasaq, bəli, niyə də olmasın? İspaniya ilə anlaşma var və ola bilər ki, bu ölkədən olsun. Bu, yalnız və yalnız prezidentimizin qərarından asılıdır.
- Baş məşqçi məsələsinə nə vaxt aydınlıq gələcək?
- Bu ayın axırına. Hafiz müəllimlə həmin vaxt klubun iclasını keçiriləcək. Orda növbəti mövsümün planları qurulacaq, müzakirələr olacaq və transferlərə, baş məşqçiyə aydınlıq gətirəcəyik.
- Komanda sonuncu dəfə ona 2009-cu ildə çempionluğu qazandıran baş məşqçi Qyoko Hacıyevskinin gedişindən sonra “qara zolaq”dan çıxa bilmir. Düzdür, 4 ildə 2 dəfə ölkə kubokunu qazansanız da, hər halda, bu, çempionluğun yerini vermir. “Bakı” nə vaxt çempion ola biləcək?
- Dediklərinizlə razıyam. Mən bildiyim tendensiya odur ki, bəzi futbolçular arasında maddi fərq 2009-cu ildən bu yana həddən çox oldu. Sözün düzü, səbəbi bunda görürəm. Bəziləri yüksək qiymətə oynadı, bəziləri az. O boyda pul alıb gəlib ümidləri doğrultmayanlar az alıb yaxşı oynayan futbolçunu da ruhdan salırdı. Gördüyünüz kimi, həmin bahalı futbolçuların heç biri komandada qalmayacaq. Azərbaycanda bu gün peşəkarlıq deyilən bir şey yoxdur. Heç kəs bir-birinin müqavilə pulunu saymamalıdır. Ancaq bizdə bu, var. O filan qədər aldı, bu filan qədər. Qardaş, səni müqaviləyə zorla qol çəkdirməyiblər ki... Buna imza atmısansa, deməli, razısan, oynamalısan. Ay, mən razı deyiləm, bu, artıq başqa söhbətin mövzusudur.
Mehman SÜLEYMANOV

0
0