Futbolçumuz oynadı, komandası aşağı dəstəyə düşdü
21.05.2013 - 12:20
21 yaşadək futbolçulardan ibarət yığmamızın (U-21) forvardı Fatih Şanlının çıxış etdiyi “Berqiş Qladbax 09” növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Regionalliqanın “Qərb” zonasının təmsilçisi səfərdə “Videnbrük”lə qarşılaşıb.
Şanlının komandası 2 dəfə hesabı bərabərləşdirsə də, məğlubiyyətdən qurtula bilməyib və oyundan 2:3 yenik ayrılıb. U-21-in futbolçusu isə meydana hesab məhz bu həddə çatdıqdan sonra, 74-cü dəqiqədə daxil olub. O, ötən tur olduğu kimi malavili hücumçu Daniel Çitsulonu eyni dəqiqədə əvəzləyib. Bununla da, “Berqiş Qladbax”ın çempionatın bitməsinə 1 tur qalmış daha bir aşağı dəstəyə - Oberliqaya düşməsi rəsmiləşib.
Qeyd edək ki, Fatih Şanlı U-21-in iyunun 8-də Makedoniya yığması ilə seçmə oyununa dəvət alıb. Türkmənşəli futbolçu mayın 27-dən Bakıdakı hazırlıqlarda iştirak edəcək.

0
0