Rövnəq Abdullayev UEFA ilə sponsorluqlarının məqsədindən danışdı
21.05.2013 - 13:48
“UEFA ilə bağladığımız müqaviləyə əsasən 2013-cü ildən 2017-ci ilədək qitə futbol qurumunun bayrağı altında keçiriləcək bütün turnirlərdə sponsorluq edəcəyik. Bunlardan ən böyük yarış 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatıdır. Ancaq SOCAR bu müddətdə UEFA bayrağı altında keçirilən digər yarışlarda sponsorlardan olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti olan Rövnəq Abdullayev bu gün jurnalistlər üçnü keçirdiyi brifinqdə deyib. SOCAR ötən həftə UEFA ilə bağladığı müqaviləyə əsasən 2016-cı il Avropa çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsorları sırasına daxil olub.
Abdullayevin sözlərinə görə, bu əməkdaşlıq təkcə rəhbərlik etdiyi şirkətin yox, ölkəmizin bütün dünyada reklamına imkan verəcək: “Sponsorluğumuz Azərbaycanı, SOCAR-ı təkcə Avropada yox, bütün dünyada tanıda biləcək, buna imkan verir. Bəziləri əsassız olaraq yazırlar ki, sponsorluq müqavilələri ilə pulları dağıdırlar. Bunlar heç bir əsası olmayan fikirlərdir. Əməkdaşlığımızın əsas məqsədi populyarlaşmadır və bunun hesabına maddi qazanc əldə edə biləcəyik. Məsələn, şirkətimiz bunun tanınmağı sayəsində ucuz kreditlər cəlb edə bilib. Yəni təkcə Avropada yox, bütün dünyada populyarlaşmamız hesabına qoyduğumuz sərmayələrin qarşılığında mənfəət götürə bilərik”.

0
0