Avropa Liqasında final oyununun yeri müəyyənləşib
21.05.2013 - 16:50
Avropa Liqasında final oyununun yeri müəyyənləşib
Avropa Liqasında 2014/15 mövsümünün final oyununun keçiriləcəyi məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, turnirin həlledici matçı Polşanın paytaxtı Varşavada Milli stadionunda keçiriləcək. Bu, ötən yay keçirilən Avropa çempionatının final mərhələsinin açılışın oyununun keçirildiyi arenadır. Həmin turnir üçün tikilən stadion 2011-ci ildə açılıb.

Polşa mətbuatının yazdığına görə, UEFA bunu mayın 23-də İcraiyyə Komitəsinin iclasında rəsmən açıqlayacaq. Bunu təsdiqləyən Polşa Futbol İttifaqının prezidenti Zbiqnev Bonek də hələ ki məsləyə şərh verməyi lazım bilməyib.

Qeyd edək ki, Azərbaycanın 3 klubu Avropa Liqasında çıxış edir.