Roberto Karlos Cihan Özkaranın komandasına keçidini təsdiqlədi
21.05.2013 - 19:45
Roberto Karlos Cihan Özkaranın komandasına keçidini təsdiqlədi
Adı Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor”la anılan Braziliya yığmasının sabiq futbolçusu Roberto Karlosun keçidi reallaşmaq üzrədir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Rza Çalımbayın istefa verməsindən sonra boş qalan posta rəhbərlik “Anji”də idman direktoru vəzifəsində çalışan mütəxəssislə 3 illik müqavilə imzalayacaq.

Bunu Karlosun özü də təsdiqləyib. O, sosial şəbəkələrin birində keçidin reallaşmasını bildirib: “Mənim “Sivasspor”la üç illik müqavilə imzalamaq imkanım var”.

Qeyd edək ki, daha əvvəl Karlosun agenti Özkan Doğan da braziliyalı mütəxəssisin “Sivasspor”la prinsipial razılaşmaya nail olduğunu, müqavilənin isə çərşənbə axşamı və ya çərşənbə günü imzalanacağını bildirmişdi.