“Çelsi”nin müdafiəçisi karyerasını başa vurdu
22.05.2013 - 04:44
“Çelsi”nin müdafiəçisi karyerasını başa vurdu
“Çelsi”nin əfsanəvi müdafiəçisi Paulo Ferreyra karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, 9 il “zadəganlar”ın şərəfini qoruyan portuqaliyalı futbolla vidalaşmaq qərarına gəlib.

O, növbəti mövsüm “Çelsi”nin gənclər komandalarının birinə məşq keçəcək: “Mən klub və azarkeşlərə təşəkkür etmək istəyirəm. Ona görə ki, Premyer Liqanın son turunda “Everton”la matçdan sonra onlar mənim adımı aydın və ucadan səsləndirirdilər. Çox gözəl idi. Mən klubdan getməyə hazırlaşmıram, axı yeni mövsümdə “Çelsi”nin gənclər komandalarının birində məşqçi vəzifəsində çalışacağam”.

Qeyd edək ki, 34 yaşlı müdafiəçi 2004-cü ildə “Portu”nun heyətində baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında Çempionlar Liqasına sahib olub. Elə həmin ildə hər iki portuqaliyalı “Çelsi”yə keçiblər. Ferreyra London klubunun heyətində 214 matçda meydana çıxıb və 2 qola imza atıb. O, milli komandasının heyətində isə 61 oyun keçirib.
0