“Bakı”nın legioneri döyüldü
22.05.2013 - 08:31
“Bakı”nın legioneri döyüldü
“Bakı” klubunun futbolçuları Əziz Quliyevlə Deyvidas Çesnauskis xoşagəlməz hadisənin iştirakçısı olublar. Apasport.az saytının məlumatına görə, legionerlər komandanın məşqindən qayıdarkən yol nəqliyyat hadisəsindən sonra döyülüblər.

Belə ki, “BMW”nin sükanı arxasında olan Əziz “Jiquli”nin sürücüsü ilə münaqişəyə girib. Qalmaqal 26 yaşlı milliləşən rusiyalının döyülməsi ilə başa çatıb. Ağır zərbələr alan Quliyev xəstəxanaya çatdırılıb. Qabırğaları qırılan Əzizin əməliyyat olunacağı gözlənilir. Rusiyalının yanında olan Çesnauskis isə dava-dalaşa qarışmayıb.

Qeyd edək ki, baş verənlər kameralara düşüb və hüquq mühafizə orqanları tərəfindən araşdırılmağa başlayıb.
0