Adrian Pitlə Julius Vobayı arxada qoyan azərbaycanlı
22.05.2013 - 11:23
Adrian Pitlə Julius Vobayı arxada qoyan azərbaycanlı
Topaz Premyer Liqasında aprel ayında vurulmuş ən gözəl qol müəyyənləşib. Apasport.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının rəsmi saytı vasitəsilə keçirdiyi sorğunun nəticələrinə əsasən “Rəvan”ın futbolçusu Tofiq Mikayılovun vurduğu qol ayın ən yaxşısı seçilib.

Bu qol səslərin 43%-ni toplayaraq digər 4 namizədi arxada qoyub. “Xəzər Lənkəran”lı Adrian Pit 2-ci, “Neftçi”nin üzvü Julius Vobay 3-cü olub.

1. Tofiq Mikayılov (Rəvan) - 1194 səs (43%)
2. Adrian Pit (Xəzər Lənkəran) - 626 səs (23%)
3. Julius Vobay (Neftçi) - 461 səs (17%)
4. Asif Məmmədov (İnter) - 290 səs (10%)
5. Emeka Opara (Qarabağ) - 210 səs (8%)