III “Caspian Cup”ın baş sponsoru bilindi
22.05.2013 - 13:11
Bakıda keçiriləcək III “Caspian Cup” beynəlxalq turnirinin baş sponsoru müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mayın 29-dan iyunun 5-dək təşkil olunacaq turnirin əsas himayədarı AccessBank olacaq. Qurum AFFA-nın tərəfdaşlarından biri kimi millimizə də sponsorluq edir.
Qeyd edək ki, III “Caspian Cup”da 17 yaşadək futbolçulardan ibarət Azərbaycan, ABŞ, Qırğızıstan, Qazaxıstan, Bolqarıstan, Gürcüstan, Türkiyə, Özbəkistan, İordaniya, Uruqvay, Yaponiya və Tacikistan yığmaları iştirak edəcək.
Mənbə: affa.az

0
0