AZAL-ın rekordçusu da getdi
22.05.2013 - 14:36
“Xəzər Lənkəran”ın son transferi Zohair Benouahi AZAL-ın tarixinə düşmüş futbolçudur. Apasport.az saytının məlumatına görə, mərakeşli legioner paytaxt təmsilçisinin ən məhsuldar futbolçusu idi. Ölkəmizdə oynadığı müddətdə AZAL üçün çempionatda 24 qol vuran afrikalı bu göstəricidə komanda yoldaşlarının hamısını qabaqlayırdı. Son mövsümdəki heyətdə 2-ci göstəriciyə sahib olan Junior Nildonu (21 qol) az əvvəl transfer edən lənkəranlılar ondan öndə qərarlaşan Benouahini də ələ keçirdi. Bu 2 bombardirin gedişindən sonra AZAL-ın ən məhsuldar oyunçusu kimi komandada Viktor İqbekoyi olub. Onun hesabında 15 qol var.
Müqaviləsi başa çatan Usim Ndukanın gedəcəyi halda, İqbekoyi ən təcrübəli futbolçu ünvanına da sahib çıxacaq. Çünki 102 matç keçirən yarımmüdafiəçi yalnız milliləşən nigeriyalıdan geri qalır. Komandanı tərk edən Zohair isə bu göstəricidə də ön sıralardan birində idi. O, 2 nigeriyalı ilə yanaşı, 78 oyun keçirən Cahangir Həsənzadədən də geri qalır – 76 oyun.

0
0