“İnter” Avropa Liqasında gücünü göstərməlidir”
22.05.2013 - 16:07
“İnter” Avropa Liqasında gücünü göstərməlidir”
“Mövsüm çox ağır alındı. Müəyyən zaman ərzində turnir cədvəlində liderlik etdik. Lakin fevralda komanda liderliyini itirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in müdafiəçisi Brüs Abdulaye deyib.

31 yaşlı fransalı legioner başa çatan 2012/13 mövsümünün yekunlarını dəyərləndirib.

Müdafiəçi Topaz Premyer Liqasını II yerdə başa vuran komandasının nəticəsini qənaətbəxş sayır: “Təəssüf ki, turnir cədvəlində 1-ci yer uğrunda əsas rəqiblərimizlə qış fasiləsindən sonra keçirdiyimiz oyunlarda lazım olan nəticəni əldə edə bilmədik. Bizi çempionluqdan məhrum edən səhvlərə yol verdik. İlk “altılıq”da “Qarabağ” və “Neftçi”yə qarşı səfər oyunlarında rəqibə heç nədə uduzmadıq, amma 1 səhv hər şeyin üstündən xətt çəkdi. Bizə buraxılan səhvlərdən nəticə çıxarmaq və həmin xətaları növbəti mövsümdə təkrarlamamaq qalır. Ancaq 3-cü yer də pis nəticə deyil. Bizi qarşıda Avropa Liqasının oyunları gözləyir və komanda bu turnirdə gücünü göstərməlidir”.

Mənbə: inter.az