Gökdəmir “Hannover 96”nın əsas komandasında 2 oyun keçirdi
22.05.2013 - 17:20
Milli komandamızın futbolçusu Əli Gökdəmir uzun fasilədən sonra yenidən meydança üzərinə çıxıb. Apasport.az saytının məlumatına görə, Almaniya Bundesliqasında mövsüm başa çatsa da, “Hannover 96” istirahətə çəkilməyib.
Belə ki, Hannover təmsilçisi Almaniyanın cənubuna hərəkət edib. Hannoverlilər əvvəlcə Oberliqa klubu “Hollenbax”la qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub. Baş məşqçi Mirko Slomka bu oyunda Gökdəmiri ilk dəqiqələrdən meydana buraxıb. Müdafiənin solunda çıxış edən futbolçumuz fasilədə Kristian Panderlə əvəzlənib.
“Hannover 96” ertəsi gün Regionalliqada çıxış edən “Moyzelvits”in qonağı olub. Gökdəmir bu matçda da meydanda olub. Bu dəfə ilk dəqiqələrdən yarımmüdafiə xəttində çıxış edən Əli oyunu əvəzolunmadan keçirib. Komandası isə aşağı dəstə klubuna 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Əli Gökdəmirin komandası sonuncu oyundan sonra 5 həftəlik istirahətə buraxılıb. Komanda bir də iyunun 25-də bir araya gələcək. Gökdəmir isə artıq mayın 25-də Qətərlə oyunun hazırlıqlarında iştirak etmək üçün yığmanın düşərgəsinə qatılacaq.

0
0