İspaniyadan daha bir oyunçu millimizə çağırıldı
22.05.2013 - 17:56
İspaniyadan daha bir oyunçu millimizə çağırıldı
Mayın 29-dan iyunun 5-dək Bakıda təşkil olunacaq III “Caspian Cup” beynəlxalq turnirinə hazırlıq məqsədilə 17 yaşadək futbolçulardan ibarət millimiz paytaxtda hazırlıq keçəcək. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri mayın 25-dən hazırlıqlara başlayacaq.

Artıq turnirdə iştirak edəcək futbolçularımızın adlarına aydınlıq gəlib. Alman çalışdırıcı 20 futbolçuya dəvət göndərib ki, bunlardan 6-sı Rusiya, İspaniya və Almaniyada oynayan legionerlərdir.

U-17-nin heyətini diqqətinizə çatdırırıq: Ağaseyid Qasımov (Qarabağ), Elməddin Məmmədov, Emil Həsənzadə (hər ikisi “Neftçi”), Yusif Şirinov, Roman Hüseynov, Emin Zamanov, Bəhlul Mustafazadə, Fərid Əsədli, Yusif Nəbiyev (hamısı “Qəbələ”), Umar Akmurzayev, Renat Ağaverdiyev (hər ikisi “Bakı”), Elnur Cəfərov (Xəzər Lənkəran), Fərid Kərimzadə (Sumqayıt), Rəsul Babazadə (İnter), Elgün Uluxanov (MOİK, Rusiya), Şahban Cəbrayilov (“Anji”, Rusiya), Ruzigar İbrahimzadə (“Fundasion Marset”, İspaniya), Ozan Altın (“Koblents 1911”, Almaniya), Tolqa Şahin (“Maynts 05”, Almaniya), Benhur Kama (“Vehen”, Almaniya).

Qeyd edək ki, U-17-nin turnirin qrup mərhələsindəki rəqibləri ABŞ və Qırğızıstan milliləridir.