Bakıya “Rubin”in əvəzinə “Dinamo” gələcək
22.05.2013 - 19:27
İyun ayının 17-də başlayacaq İBA U-14 Cup uşaq futbol turnirinin iştirakçıları arasında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, Kazanın “Rubin” klubunun yerinə Gürcüstanın “Dinamo” (Tbilidi) komandası iştirak edəcək.
Ötən ilki turnirin qalibi olan Tatarıstan təmsilçisinin Bakıya gələ bilməməsinin səbəbi isə iyul ayında Kazan şəhərində XXVII Ümumdünya Universiadanın keçirilməsidir.
Əlavə edək ki, tezliklə püşkatma mərasimi keçiriləcək və komandalar hər birində 4 komandanın mübarizə aparacağı 2 qrupa bölünəcək.
Qeyd edək ki, turnirdə “İnter” (Azərbaycan), “Partizan” (Serbiya), “Vilyarreal” (İspaniya), “Yurqorden” (İsveç), “Dinamo” (Gürcüstan), “Ayntraxt” (Almaniya), “Karpatı” (Ukrayna) və “Beşiktaş” (Türkiyə) iştirak edəcək.

0
0