“Bavariya”ya final öncəsi sevindirici xəbər
22.05.2013 - 20:01
Çempionlar Liqasının finalında “Bavariya” ilə qarşılaşacaq olan Dortmund “Borussiya”sına oyun öncəsi Mario Qötsedən bəd xəbər gəlib. Apasport.az saytının məlumatına görə, Almaniya milli komandasının yarımmüdafiəçisi “Uembli” stadionunda keçiriləcək həlledici mərhələdə iştirak edə bilməyəcək.
Mövsümün sonunda Münhen klubuna yollanacaq olan Qötse zədəsinin yaxşıya doğru getməməsi ilə bağlı mayın 25-də, tarixi finalda komandasını yalnız buraxacaq.
Qeyd edək ki, 20 yaşlı futbolçu Çempionlar Liqasının yarımfinalında “Real”la keçirilən cavab qarşılaşmasında ayağından ciddi zədə almışdı. Ötən gün isə Mario ümumi qrupda məşq etməyə başlamış, amma ayağındakı ağrılar onu finala hazırlaşmasına imkan verməyib.

0
0