PSJ Ueyn Runi üçün danışıqlara başladı
22.05.2013 - 20:30
PSJ Ueyn Runi üçün danışıqlara başladı
Növbəti mövsüm Çempionlar Liqasını qazanmaq istəyən Fransa çempionu PSJ heyətini daha da gücləndirməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, hədəfinə çatmaq üçün Paris klubunun “radarı”na düşən yeni futbolçu isə “Mançester Yunayted”in hücumçusu Ueyn Runi olub.

Fransa mətbuatı iddia edir ki, PSJ ingiltərəli forvard üçün “qırmızı şeytanlar”la danışıqlara başlayıb. 2015-ci ilə qədər “Mançester Yunayted”lə müqaviləsi olan Runinin də bu keçidin baş tutmasına maraq göstərir.

Qeyd edək ki, daha əvvəl “Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyusson bildirmişdir ki, Ueyn onu transferə çıxarılmasını xahiş edib, lakin klub bunu etməyə hazırlaşmır.