Mourinyo və Ronaldo cəzalandırıldı
22.05.2013 - 21:00
İspaniya Futbolu Federasiyasının İntizam Komitəsi “Real”ın baş məşqçisi Joze Mourinyonu və hücumçusu Kriştianu Ronaldonu 2 oyunluq cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna səbəb İspaniya Kral kubokunun “Atletiko” ilə keçirilən final matçında hər iki portuqaliyalı qırmızı vərəqə almasıdır.
Mourinyo və Ronaldo La Liqanın son iki matçında isə iştirak edəcəklər. Çünki verilən cəzalar yalnız ölkə kubokunun oyunlarına aiddir.
Qeyd edək ki, “Atletiko” ilə qarşılaşmada “Real” 2:1 hesabı ilə uduzaraq, kuboku qazana bilməmişdi. Həmin görüşdə Kriştianu oyunun sonlarında Qabiyə qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə alaraq, birbaşa meydandan qovulmuşdu. Mourinyo isə etirazlar etdiyi üçün ehtiyat oyunçular skamyasından tribunaya göndərilmişdi.
İddia edilir ki, Joze növbəti mövsüm “Çelsi”nin “sükanı arxası”nda olacaq. Əgər bu baş verərsə, onda Mourinyo İngiltərənin kuboku çərçivəsində keçirilən ilk 2 oyunu tribunada izləyəcək.

0
0