“Partizan”dan ardıcıl 6-cı çempionluq
22.05.2013 - 23:24
Daha bir ölkənin çempionu bəlli olub. Apasport.az saytının məlumatına görə, bu, Serbiyanın “Partizan” klubudur.
Belqrad təmsilçisi ölkə birinciliyinin XXIX turu çərçivəsində səfərdə “Smederevo” ilə qarşılaşıb. Görüşdə “Partizan” 2:0 hesabı ilə qələbə qazanaraq, xalını 70-ə çatdırıb.
Belqrad klubunun erkən çempion olmasında əzəli rəqibi “Srvena Zvezda”nın da böyük üstünlüyü olub. Belə ki, “Srvena Zvezda” bu tur doğma azarkeşləri önündə “Sloboda”ya 1:2 hesabı ilə uduzaraq, “Partizan”la aradakı xal fərqini 8-ə çıxarıb.
Qeyd edək ki, “Partizan” ardıcıl 6-cı dəfə Serbiya çempionu ünvanına yiyələnib.

0
0