Andrea Stramaççoni Roberto Mançini ilə əvəzlənir
23.05.2013 - 01:32
Bu mövsüm İtaliya A seriyasında uğursuz mövsüm keçirən “İnter”də məşqçi dəyişikliyi reallaşacaq. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisinin baş məşqçisi Andrea Stramaççoni ilə rəhbərlik yollarını ayırmağa yaxındır.
Onun əvəzinə isə “İnter”in sabiq çalışdırıcısı və bir neçə gün bundan əvvəl “Mançester Siti”dən ayrılan Roberto Mançininin gəlməsi gözlənilir.
Klub prezidenti Massimo Moratti bu variantı istisna etmir: “Bu haqda ediləcək bir açıqlama yoxdur. Hazırda Andrea Stramaççonini istefaya göndərməmişik. Yalnız bilirəm ki, indi o özünü yaxşı hiss etmir. Soruşursunuz ki, Roberto Mançininin təyinatı gerçəkləşə bilərmi? Futbolda hər şey mümkündür”.
Qeyd edək ki, “İnter” Stramaççoninin rəhbərliyi altında A seriyasını bu mövsüm 54 xalla 9-cu pillədə başa vurub.

0
0