“Malaqa” Manuel Pelleqrini ilə yollarını ayırdı
23.05.2013 - 02:41
“Malaqa” Manuel Pelleqrini ilə yollarını ayırdı
Növbəti mövsüm baş məşqçisi Manuel Pelleqrini “Malaqa”nın “sükanı arxası”nda olmayacaq. Apasport.az saytının məlumatına görə, İspaniya klubu 59 yaşlı mütəxəssislə yollarını ayırıb.

Çilili çalışdırıcının “Malaqa” ilə hələ iki illik müqaviləsi var idi. Lakin hər iki tərəf müqaviləni qarşılıqlı razılıq əsasında pozub.

Gözlənilir ki, Pelleqrini yaxın vaxtlarda “Mançester Siti” ilə üç illik müqavilə imzalayacaq.

Qeyd edək ki, daha əvvəl Pelleqrininin özü mövsümün sonuna yaxın klubu tərk edəcəyini bildirmişdi.