“Fənərbaxça” əzəli rəqibləri qarşısında ilk dəfə
23.05.2013 - 03:19
Türkiyə kubokunun finalında “Trabzonspor”u 1:0 hesabı ilə məğlub edib, zəfərə yiyələnən “Fənərbaxça”nın əzəli rəqibləri qarşısında ilk dəfə üzü gülüb. Apasport.az saytının məlumatına görə, bu turnirdə “sarı bülbüllər” həlledici mərhələdə 15-ci dəfə qarşılaşıb.
İstanbul klubu ilk dəfə əzəli rəqibləri önündə qələbə qazanıb. Belə ki, “Fənər” daha əvvəl finalda “Altay”ı (iki dəfə), “Bursaspor”u (iki dəfə) və “Mersin İdmanyurdu”nu məğlub edərək, kuboka sahib olub. Lakin güclü klublardan olan “Qalatasaray”a (4 dəfə), “Beşiktaş”a (3 dəfə), “Trabzonspor”a (1 dəfə) və “Gənçlərbirliyi”nə (1 dəfə) uduzub.

0
0