“Real” Mourinyosuz da rəqabətə davam gətirəcək”
23.05.2013 - 04:02
“Real” Mourinyosuz da rəqabətə davam gətirəcək”
“Joze Mourinyo münaqişəli məşqçidir. O, həmişə daha çox bizi əsaslandırırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın yarımmüdafiəçisi Xavi Hernandes deyib.

İspaniya milli komandasının üzvü “Real”ın baş məşqçisi Joze Mourinyonun Madrid təmsilçisindən gedəcəyi ilə bağlı fikirlərini bildirib: “Onu da deyim ki, İspaniya çempionatını dünya futbolunun çox önəmli mütəxəssisi tərk edir. Ancaq “Real” Mourinyosuz da rəqabətə davam gətirməyi bacaran komandadır. İndi bizim hədəfimiz Madrid klubunun ötən ilki rekordunu qırmaqdır. Bunun üçün La Liqada 100 xalı keçməliyik”.