Aykut Kocaman: Çətin bir işin öhdəsindən gəldik
23.05.2013 - 06:46
Aykut Kocaman: Çətin bir işin öhdəsindən gəldik
“64 oyunluq böyük marafonu kubokla tamamladıq. Oyunçularımı təbrik edirəm. Çətin bir işin öhdəsindən gəldik. Həmçinin çox yorulduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman deyib.

Təcrübəli çalışdırıcı Türkiyə kubokunun finalında “Trabzonspor”u məğlub edib, zəfər qazanmalarını dəyərləndirib: Rəqib maça yaxşı başladı. Ancaq ilk qolu biz vurduq. “Trabzonspor” hesabda geri düşəndən sonra bir az surəti azaltdı. Biz isə ikinci qolu vurmağa çalışdıq, amma istədiyimizə nail ola bilmədik. Məni və azarkeşlərimizi bir çox həyəcanlandıracaq epizodlar yaşadıq. Lakin sonda kuboku qazandıq və bütün komandanı təbrik edirəm. Mövsümü ən azından bir kubokla başa vurduq. “Fənər” adına “Qalatasaray”la Super kubokda qarşılaşmağımız əla olacaq”.