Böyükağa Hacıyevin “Azercell” sevgisi
23.05.2013 - 09:10
Böyükağa Hacıyevi sələflərinin “cehiz”indən şikayətlənən görmüşdüm. "Neftçi"nin baş məşqçisinin "barıt"ı çox edib, AFFA və Peşəkar Futbol Liqasını bombalamasının da şahidi olmuşam. Ahıl yaşında kamikadzelik eşqinə düşməsini normal hal saymasam da, bunu onun xarakterinə bağlayıram.
Hər halda, "Zəif" ləqəbli çalışdırıcının qeyri-adi davranışları, ekzotik açıqlamaları intriqanın zəif olduğu ölkə futboluna xüsusi rəng qatır. Bu səbəbdən də Hacıyev mətbuat üçün maraqlı simadı. Ancaq Böyükağa bəy srağagün elə bir söz işlədib ki...
Srağagün "Azercell"in mərkəzi ofisinin yerləşdiyi ərazidə yeni istifadəyə verilmiş stadionun açılışı olub. Mərasimində şirkətin prezidenti Kiril Qaburiç, AFFA-nın baş katibi Elxan Məmmədov, "Neftçi" klubunun rəhbərliyi və komandanın digər üzvləri iştirak ediblər. Deyilənə görə, görüş maraqlı keçib, "Azercell"in komandası ilə çempionun üzvləri arasında qısa oyun baş tutub, xeyli deyib-gülüblər. Söhbət əsnasında Hacıyev qayıdıb ki, bəs "Azercell" bizim sponsorumuz olsa, "Neftçi" Çempionlar Liqasının qrup mərhələsinə çıxar. Lənət sənə, şeytan!
"Zəif"in bu açıqlamasını oxuyanda, öz-özümə dedim ki, sən neylədin, Lal Hüseyn? Adam da heç oturduğu budağı kəsər?
El-aləm ürəyi istədiyi yerə istədiyi qədər çiləmək üçün neft "durbası" axtardığı bir vaxtda, "Neftçi"nin SOCAR kimi sanballı sponsoru var. Belə bir vəziyyətdə xeyir gələn yerə papaq tıxamaq ən azı ağılsızlıq olar. Özü də, AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi şirkət təkcə "ağ-qaralar"ı himayəsinə götürməyib, Gürcüstan Futbol Federasiyasına da əl tutur. Üstəlik, SOCAR 2013-cü ildə 2017-ci ilədək UEFA bayrağı altında keçiriləcək bütün yarışlara sponsorluq edəcək.
Əcəba, bəs Hacıyevin bu, "Azercell" sevgisi hardan çıxdı?
Xəbəri dəqiqləşdirəndən sonra anladım ki, Hacıyev bu ifadəni zarafatla işlədib. Yəni bunun Ramin Musayevin dediyi "zamıkaniyalar"a dəxli yoxdu. Kişi sadəcə, məclis şən keçsin deyə, sözgəlişi bunu dilinə gətirib. Ancaq yaxşı bir deyim var: sözü zarafatla deyərlər. Olmaya, "Azercell"ə yaşa, daha yaxşı yaşa" şüarı Hacıyevi şirnikləndirib?
ŞAMO

0
0