“Neftçi”yə “atan” futbolçudan yeni xəbər - FOTO
23.05.2013 - 15:25
“Neftçi”yə “atan” futbolçudan yeni xəbər - FOTO
“Neftçi” klubundan qaçan Conni Leoni özünə yeni komanda tapmağa yaxındır. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın yarım illik icarəyə götürdüyü, lakin ölkəmizdə debüt etməyən qolkiper karyerasını Kipr APOEL-ində davam etdirə bilər.

Lakin bu, o demək deyil ki, Avropa Liqasının IV təsnifat mərhələsində “Neftçi”yə uduzması ilə bizlərə yaxşı tanış olan Nikosiya təmsilçisi isveçrəlinin xidmətində maraqlıdır. Sadəcə, qapıçının müqavilə ilə məxsus olduğu “Omoniya” onu “başından etmək” üçün bu dəfə Kiprin digər klubuna bağışlamaq istəyir.

Klub rəhbərliyi Connini APOEL-ə hədiyyə qismində verməyə hazırlaşır. Belə ki, sonuncular “Omoniya”da çıxış edən portuqaliyalı Nunu Assisi transfer etməyə can atır.

Komandası isə pireneylini yalnız bir şərtlə verməyə hazırdır ki, APOEL Leoni və digər bir neçə oyunçunu da heyətinə qatsın. Buna səbəb “Omoniya”nın yüksək ödənişli futbolçuların maaşını ödəməkdə çətinlik çəkməsidir. İlinə 380 min avro qazanan Connini saxlamaq onlara sərf etmir. Bu üzdən onu Assisin üstündə hədiyyə etmək niyyətindədir.