Klublarımızın istədiyi futbolçuya “Beşiktaş” da maraq göstərir
23.05.2013 - 23:00
Klublarımızın istədiyi futbolçuya “Beşiktaş” da maraq göstərir
Adı Azərbaycan klubları ilə hallanan Andrey Arşavinlə daha bir komanda maraqlanır. Apasport.az saytının məlumatına görə, ötən həftə “Arsenal”dan ayrılan Rusiya millisinin sabiq futbolçusu karyerasını Türkiyə Superliqasında davam edə bilər.

Belə ki, Arşavinə “Beşiktaş” yaxından maraq göstərir. İstanbul təmsilçisi Andreyi heyətinə cəlb etmək üçün yaxın günlərdə ona rəsmi təkliflər göndərəcək.

Qeyd edək ki, daha əvvəl Rusiya mətbuatı iddia edirdi ki, Arşavini “Xəzər Lənkəran” və “Simurq” da istəyir.