Qırğızıstan millimizlə oyuna 19 futbolçu çağırdı
24.05.2013 - 09:09
Qırğızıstan millimizlə oyuna 19 futbolçu çağırdı
17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək III “Caspian Cup” turnirində millimizin qrupda rəqiblərindən olan Qırğızıstanın heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Marat İsrailov digər komandalardan fərqli, ölkəmizə 18 yox, 19 futbolçu ilə gələcək.

Qapıçılar: Boqdan Kobzev, Qutman Qədirbəyov (hər ikisi “Dordoy”)

Müdafiəçilər: Ağmal Bolotbayev, Ağılbəy Anarbəy oğlu (hər ikisi Futbol Mərkəzi), Azad Murzaşev (Abdış-Ata), Azad Mamırov, Georgi Slavnı, Abdrəsul Əhmədov (hər üçü “Dordoy”), Yerbol Almazbəy oğlu (UGİM)

Yarımmüdafiəçilər: Bakay Nurdinov, Azad Smatov, Almaz Smatov (hər üçü “Abdış-Ata”), Artur Zarılık oğlu, Nurtay Qurmantay oğlu (hər ikisi “Dordoy”), Sergey Şuşakov (UGİM)

Hücumçular: Viktor Kelm, Vadim Ni (hər ikisi “Abdış-Ata”), Canboto Irısbəy oğlu (Dordoy), Stanislav Geraşçenko (Futbol Mərkəzi)

A qrupunda yarışacaq komandamızın rəqibi Qırğızıstanla yanaşı, ABŞ millisidir. Nikolay Adamın yetirmələri ilk oyununu məhz orta asiyalılara qarşı keçirəcək. Bu oyun mayın 29-u saat 20:30-da keçiriləcək.

Qeyd edək ki, bu iki komanda arasında görüş bu il əsas milli səviyyəsində də olacaq. Belə ki, noyabrın 19-da yığmamız Bişkekdə Qırğızıstanla yoldaşlıq görüşü keçirəcək.
0