AZAL-ın Bojiçə verməyə pulu çatmadı
24.05.2013 - 11:36
Topaz Premyer Liqasını 4-cü sırada bitirməklə Avroliqaya düşə bilməyən “Simurq”un legionerləri komandadan gedə bilər. Apasport.az saytının məlumatına görə, komandanın yüksəlişində yayda düşərgəyə qoşulan əcnəbi futbolçuların əməyi böyükdür.
Ancaq bütün legioner futbolçuların müqaviləsi başa çatıb. Komandada legionerlərdən yalnız Nenad Kisonun “6 ay + 6 ay” şərtləri yerinə yetirilib. Onunla bərabər qışda gələn xorvatiyalı Tomislav Buşiç isə ümidləri doğrultmadığı üçün vətəninə yola salınıb.
Bosniyalı Mario Bojiçlə polşalı Martsin Burkhardt isə “Simurq”da qalmaq istəmir. Çempionatda özlərini yaxşı tərəfdən göstərən hər 2 futbolçuya ölkə daxilindən təklif var. Hətta yaxınlarda “Simurq”dan AZAL-a keçən Qərib İbrahimovdan (2 illik müqavilə bağlayıb – red.) sonra Bojiç də bu kluba transfer ola bilərmiş. Ancaq AZAL Zohair Benuahinin yerinə almaq istədiyi mərkəz yarımmüdafiəçisinin tələb etdiyi pulu verə bilmədiyi üçün keçid baş tutmayıb.
Maraqlıdır ki, məhz “təyyarəçilər”də heyətə düşməkdə çətinlik çəkən hücumçu Orxan Səfiyaroğlu əks marşrutla “Simurq”a keçib.
Digər legionerlər – bosniyalı Dilaver Zrnanoviç, braziliyalı Anderson, xorvatiyalılar Zdravko Popoviçlə Stepan Polyak və polşalı David Petjkeviç haqda qərar bu gün veriləcək. Belə ki, “Simurq” günorta saatlarında müqaviləsi bitən oyunçularla yeni anlaşmalara qol çəkməlidir. Məhz bundan sonra legionerlərdən kimlərin komandada qalacağı dəqiqləşəcək.

0
0