“Neftçi”: Conni Leoni qaçdı, Stamenkoviç də gedir
24.05.2013 - 15:59
“Neftçi” ciddi itki ilə üzləşə bilər. Apasport.az saytının məlumatına görə, ehtiyat qapıçısı Conni Leonini Azərbaycandan qaçıran “ağ-qaralar” əsas əlcək sahibi Saşa Stamenkoviçi də itirmək təhlükəsi ilə üz-üzədir.
Belə ki, ardıcıl 2 ildir “Neftçi”də çıxış etməklə qazanılan çempionluqlarda əvəzsiz pay sahibi olan serbiyalı ölkə xaricindən cəlbedici təkliflər alıb.
Komandasının Avropa Liqasının qrupundakı çıxışından sonra Ukraynanın ortabab, Qazaxıstanın iddialı klubları ona müştəri düşüb. Müqaviləsi başa çatan Stamenkoviç özü də Bakıda qalmağın tərəfdarıdır.
Lakin bu həftəsonu yekunlaşmalı olan danışıqlar müsbət nəticə verməsə, serbiyalı Ukrayna təmsilçisi ilə masa arxasına oturacaq.

- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
0
0