Eddi millimizdən imtina etdi
24.05.2013 - 16:19
Azərbaycan yığmasının debütantı Eddi İsrafilov Qətər və Lüksemburqla oyunlarına gəlməyəcək. Bu haqda apasport.az saytına millimizin baş inzibatçısı İslam Abbasov məlumat verib.
O bildirib ki, İspaniyanın “Mursiya” klubunun 21 yaşlı yarımmüdafiəçisi dəvəti öncə qəbul etsə də, sonradan fikrini dəyişib.
Belə ki, çempionatda 3 oyunu qalan Eddi komandasının III diviziona düşməməyinə yardımçı olmaq fikrindədir: “O, əvvəlcə gəlməyə razılıq vermişdi. Sonra isə düşündüyünü dedi. Fikirləşirsə, deməli, Qətərə gəlməyəcək. Futbolçu 2 oyuna çağırıldığından, avtomatik Lüksemburqla iyunun 7-də Bakıda keçiriləcək rəsmi matçda da olmayacaq. Hər halda, baş məşqçi Berti Foqts yeni futbolçuya rəsmi oyundan öncə baxmaq üçün onu yoldaşlıq görüşünə çağırıb. Eddini növbəti matçlara çağırıb-çağırmamağa isə artıq Foqts qərar verəcək”.
Qeyd edək ki, atası toqolu, anası azərbaycanlı olan Eddi milliləşən legioner kimi uzun illərdir İspaniyada yaşayır.
Mehman SÜLEYMANOV

0
0