“Neftçi” “Qalatasaray”la oynamaq istəsəydi...
24.05.2013 - 23:03
“Sizin komandalarla yoldaşlıq görüşü keçirmək üçün Azərbaycana gəlmək olar”. Bu sözləri apasport.az saytına açıqlamasına “Qalatasaray”ın baş direktoru Lütfi Arıboğan deyib.
“Neftçi” vaxtilə Bakıda qarşılıqlı əməkdaşlıq müqaviləsi imzaladığı “Cim Bom”u yoldaşlıq görüşü keçirmək üçün ölkəmizə gətirmək istəyində olsa da, bu, hələlik arzu olaraq qalır. Üstündən təxminən 3 il keçməsinə baxmayaraq, “ağ-qaralar”ın rəhbərliyi verdiyi sözün üstündə dura bilmirlər.
Arıboğanın sözlərinə görə, yoldaşlıq görüşü keçirməyə razı olsalar da, indidən dəqiq qərar verə bilməzlər: “Bunun üçün ilk növbədə vaxtı müəyyənləşdirmək lazımdır. İmkan olarsa, Bakıya yoldaşlıq görüşü keçirməyə gələrik. Buna qədərsə Türkiyə Superkuboku uğrunda oyunla əlaqədar Azərbaycana səfəri çox istərdik. Bilirik ki, bizi orada görmək istəyənlər çoxdur”.
Qeyd edək ki, Türkiyə Superkuboku uğrunda “Qalatasaray” – “Fənərbaxça” oyununun avqustun 11-də Bakıda keçiriləcəyi deyilir.

0
0