UEFA Avropanın Liqası ilə bağlı qaydaları dəyişdi
                    
                    24.05.2013 - 21:16
                        
                        Bu gün Londonda UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun nümayəndələri 2015-ci ildən 2018-ci ilə qədər avrokubok oyunlarında bir neçə dəyişiklikləri təsdiqləyib.
Belə ki, Avropa Liqasının qalibi növbəti mövsüm Çempionlar Liqasının pley-off mərhələsində oynamaq hüququ qazanıb.
 
Bundan başqa, qəbul edilmiş dəyişikliklərə əsasən, Avropa Liqasında hər assosiasiyanın maksimal üç komandası olacaq. Avroliqanın qrupunda birbaşa vəsiqə qazanan komandaların sayı artırılaraq 16-ya çatdırılıb. Lakin həmin komandalar UEFA reytinqində ilk 12 yeri tutan ölkələri təmsil edəcək.
                        
                                0
                                
                                0