Yenə “İnter”dən “Qəbələ”yə
25.05.2013 - 15:14
“Qəbələ” sıralarını daha bir futbolçu ilə gücləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” Vladimir Levinin ardından Nizami Hacıyevi də rənglərinə bağlayıb. Yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb.
1988-ci ildə anadan olan futbolçu karyerası boyunca “Olimpik” (Bakı), “Xəzər-Lənkəran”, MOİK (Bakı) və “İnter” (Bakı) klublarının şərəfini qoruyub. Hacıyevin son klubu paytaxt təmsilçisi “İnter” olub. Nizami Azərbaycanın U-19, U-21 və əsas millisinin də formasını geyinib.
Qeyd edək ki, “Qəbələ”nin hər 2 yeni futbolçusu “İnter”dən transfer olunub.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0