Avropa Liqasının finalçısı yenə kuboka həsrət qaldı
26.05.2013 - 23:30
Portuqaliya kubokunun qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, həlledici mərhələdə Avropa Liqasının finalçısı, ölkə çempionatının son turlarında “Portu”ya məğlub oub, çempion ola bilməyən “Benfika” ilə “Vitoriya Qimaraynş” qarşılaşıb.
Oeyraş şəhərinin “Nasional” stadionunda baş tutan oyunda “Benfika” yenə kuboka həsrət qalıb.
Belə ki, 30-cu dəqiqədə Nikolas Qaytanla hesabı açan Lissabon klubu fasiləyə öndə yollanıb. Lakin Qimaraynş təmsilçisi sona qədər mübarizə aparıb və matçdan qalib ayrılıb. Əvvəlcə hesaba 79-cu dəqiqədə Əl-Arbi Xillel Sudani tarazlıq gətirib. Qolun şokundan ayılmamış “Benfika” 2 dəqiqə sonra növbəti topu qapısından çıxarıb. Bu dəfə Rikarditu Barbosa fərqlənib.
Qeyd edək ki, “Benfika” Portuqaliya çempionatında cari mövsümü 2-ci pillədə, “Vitoriya Qimaraynş” isə 9-cu yerdə başa vurub.
Portuqaliya kuboku
Final
26 may
“Vitoriya Qimaraynş” – “Benfika” – 2:1
Sudani, 79, Rikarditu, 81 - Qaytan, 30

0
0