Kalonasdan yeni xəbər
27.05.2013 - 08:40
Kalonasdan yeni xəbər
Topaz Premyer Liqasında XXXII turun simvolik komandası məlum olub. Apasport.az saytının məlumatına görə, İnstat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən çempionatın son turunun simvolik komandasını aşağıdakı futbolçular təşkil edib:

Qapıçı: Ruslan Məcidov (AZAL)

Müdafiəçilər: Kamil Nurəhmədov, Tural Nərimanov, Junior Aylton (hər üçü AZAL), Ruslan Əmircanov (İnter)

Yarımmüdafiəçilər: Ruslan Tağızadə, Oskar Klyava, Viktor İqbekoyi (hər üçü AZAL), Asif Məmmədov (İnter)

Hücumçular: Mindauqas Kalonas (Rəvan), Ramil Mansurov (İnter)

Turun ən yaxşı oyunçusu AZAL-dan İqbekoyidir. Ötən turlarda olduğu kimi son turda da “Turan”ın futbolçusu David Canelidze qapıya ən çox zərbə vuran futbolçudur. Gürcü futbolçu həm də hava mübarizələrində uğurlu olub.

“İnter”in makedoniyalı legioneri Slavço Georgiyevski və “Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Teli ötürmələrdə ən dəqiq futbolçulardır. “Simurq”dan Rəşad Eyyubov ən çox top itkisinə yol verən, “İnter”li Brus Abdulay isə əksinə - ən çox topa yiyələnən oyunçudur.

“Neftçi”nin braziliyalı oyun qurucusu Flavinyo ən çox driblinq edən futbolçudur. “Rəvan”dan “Bakı”ya keçmək üzrə olan Kalonas tur ərzində hamıdan çox – 7 dəfə qayda pozuntusuna yol verib.
0