Viktor İqbekoyi AZAL-dan ayrılmasından və yeni klubundan danışdı
27.05.2013 - 12:25
“Son turun ən yaxşı futbolçusu olacağımı gözləmirdim. Bunu mətbuatdan oxuyanda yaxşı mənada təəccübləndim. Buna görə hamıya təşəkkür edirəm. Son mövsüm AZAL-da mənimlə birgə oynayanlara minnətdaram. Çünki onlar olmasaydılar, mən ən yaxşı seçilə bilməzdim”. Bunu apasport.az saytına açıqlamasında AZAL-ın yarımmüdafiəçisi Viktor İqbekoyi deyib.
Nigeriyalı futbolçu Topaz Premyer Liqasının son turunda simvolik yığmaya düşməyi bacaran AZAL-ın 7 futbolçusundan biri olub. “Təyyarəçilər”in “Kəpəz”i darmadağın etdiyi qarşılaşmada dubl edən İqbekoyi həm də XXXII turun ən yaxşısı ünvanına sahib çıxıb.
Mayın 31-də AZAL-la müqaviləsi başa çatacaq Viktorun karyerasını harda davam etdirəcəyi maraqla gözlənilir. 2006-cı ildən bəri ölkəmizdə oynayan 26 yaşlı dayaq yarımmüdafiəçisi bildirib ki, AZAL ona yeni müqavilə təklif edib: “Ancaq müqavilə şərtlərindəki maaş çox aşağı idi. Bu məbləğ mənə görə deyildi. Bu səbəbdən ayrıldım... Mənimlə nə “Bakı”, nə də “İnter” maraqlanıb. Bu haqda yalnız mətbuatdan xəbər tuturam. Təbii ki, bu klublardan, eləcə də vaxtilə oynadığım “Qarabağ”dan təklif alsam, ora gedərəm”.
Söhbət əsnasında məlum oldu ki, İqbekoyi hazırda Türkiyənin Dənizli şəhərindədir. Afrikalı futbolçunun burda olması isə səbəbsiz deyil: “Dənizlispor” mənimlə maraqlanıb. Bu üzdən Dənizliyə gəlmişəm. Bu klubla danışıqlar aparıram. İnşallah, qismət olsa, bu klubun şərəfini qoruyacağam”.
Qeyd edək ki, “Turan” və “Qarabağ”da da oynamış Viktordan başqa, “Dənizlispor”da Rail Məlikovla Arif İsayev də çıxış edir. Görünür, Viktorun keçidində qışda AZAL-dan Türkiyə klubuna keçən Arifin tövsiyəsi əsas rol oynayıb.
Səbuhi TOFİQOĞLU

0
0