Adrian Pit: Mən oldum-olmadım, komanda kuboku qazanmağa çıxacaq
27.05.2013 - 12:36
“Təbii ki, oyunu kənardan izləmək asan deyil. Komandaya kömək etmək istəyirsən, ancaq bunu edə bilmirsən”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın rumıniyalı futbolçusu Adrian Pit deyib.
2011-ci ildə cənub klubunun heyətində Azərbaycan kubokunun qalibi olan sol cinah yarımmüdafiəçisi budəfəki finalı kənardan izləməli olacaq. Belə ki, Pitin zədəli olmağı onu “Neftçi” ilə sabahkı final matçını tribunadan izləmək məcburiyyətində qoyur.
Lənkəranlıların bugünkü məşqini kənardan izləyən legioner komanda yoldaşlarına güvənir: “Bütün mövsüm ərzində oynayırsan ki, sonda gəlib belə bir matçlarda iştirak edəsən. Ancaq mən oldum-olmadım, komanda meydana qələbə üçün çıxacaq. Nəticə 1 oyunçudan asılı olmur. Bu, final oyunudur, şanslar bərabərdir”.
Mehman SÜLEYMANOV

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0