“Kəpəz” rəhbərliyi rəsmən istefa verdi
27.05.2013 - 13:06
“Kəpəz” rəhbərliyi rəsmən istefa verdi
Gəncə Regional Futbol Federasiyasının prezidenti, eləcə də “AzNur” şirkətinin rəhbəri Xanlar Fətiyevin “Kəpəz”ə sponsorluqdan imtina etməsindən sonra gözlənilənlər baş verib. Apasport.az saytının məlumatına görə, klubun prezidenti Elmir Əliyev və vitse-prezident Kamran Hüseynov başda olmaqla, “Kəpəz”in bütün rəhbərliyi istefaya gedib.

“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu da rəsmən Gəncə Gənclər və İdman İdarəsinə təhvil verilib. İndi klub yeni rəhbərliyini gözləyir. SOCAR rəsmiləri kluba sponsorluq edəcəklərinə dair deyilənləri təkzib etsələr də, məhz bu qurumun “Kəpəz”i himayəyə götürəcəyi daha inandırıcı görünür. Çünki heç kim aşağı dəstəyə düşmüş komandaya yaxın durmaq niyyətində deyil...
0