Daha bir futbolçu “Borussiya”nı tərk edir
27.05.2013 - 20:39
Çempionlar Liqasının finalında “Bavariya”ya (2:1) məğlub olan Dortmund “Borussiya”sında daha bir futbolçu komandadan ayılır. Apasport.az saytının məlumatına görə, daha əvvəl Mario Qötsenin Münhen klubuna keçidindən sonra bu dəfə Felipe Santana dortmundluları tərk edir.
Bu haqda 27 yaşlı futbolçunun özü “Facebook” səhifəsində bildirib. Santana həmçinin 5 il boyunca çıxış etdiyi “Borussiya” azarkeşlərinə də təşəkkür edib.
Qeyd edək ki, braziliyalı müdafiəçinin “Şalke”yə keçəcəyi ehtimal edilir. Əgər bu transfer baş tutarsa, Dortmund klubu 1 milyon avro qazanacaq.

0
0