Superliqada növbəti məşqçi dəyişikliyi baş verdi
28.05.2013 - 00:00
“Trabzonspor”un yeni baş məşqçisinin adı bəlli olub. Apasport.az saytının məlumatına görə, ötən gün komandaya yeni prezident seçilən İbrahim Hacıosmanoğlu gözlənilmədən qərar verib.
O, PTT I liqasında çıxış edən “1461 Trabzon”un baş məşqçisi Mustafa Rəşit Akçayı Qara dəniz təmsilçisinin “sükanı arxası”na təyin edib.
Qeyd edək ki, “Trabzonspor”un hazırkı çalışdırıcısı Tolunay Kafkas idi. Onun klubla hələ müqaviləsinin müddəti başa çatmayıb. Kafkas Superliqanın XIX turunda sabiq baş məşqçi Şenol Güneşin istefasından sonra “Trabzonspor”la 3,5 illik müqavilə imzalamışdı.

0
0