Daha bir futbolçu “Simurq”dan AZAL-a keçdi
28.05.2013 - 17:00
Daha bir futbolçu “Simurq”dan AZAL-a keçdi
Maliyyə baxımından yaxşı günlərini yaşamayan AZAL ikinci transferini həyata keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt klubu Aleksandr Şemonayevlə anlaşıb.

Zaqatala futbol məktəbinin yetirməsi olan 28 yaşlı futbolçu karyerası ərzində “Simurq”da müdafiənin cinahındakı çıxışları ilə tanınıb. “Təyyarəçilər” onunla bu gün 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, bu, “Simurq”dan AZAL-a keçən ikinci futbolçudur. Bundan əvvəl Qərib İbrahimov Bakı klubuna keçmişdi. AZAL-dan isə “Simurq”a Orxan Səfiyaroğlu ilə Amil Ağacanov transfer olunub.