AZAL Conla müqavilə bağladı
28.05.2013 - 17:23
AZAL Conla müqavilə bağladı
AZAL Con Oluremi kimi tanınan Uill Conla müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, nigeriyamənşəli amerikalı oyunçunun qışdan sonrakı dönəmdə özünü yaxşı tərəfdən göstərməsi onunla müqavilənin uzadılmasına səbəb olub.

Belə ki, 27 yaşlı cinah yarımmüdafiəçisi ilə “6 ay + 2 il” şərti ilə bağlanan müqavilənin tələbləri yerinə yetirilib. Qışda komandaya qoşulan futbolçu özünü yaxşı tərəfdən göstərdiyi üçün onunla 2 illik müqavilə bağlanılıb.