“Monako” daha bir futbolçunun transferini rəsmiləşdirdi - FOTO
29.05.2013 - 01:03
Bu mövsüm aşağı diviziondan Fransa çempionatına yüksələn və transferlərə surətlə başlayan “Monako” daha bir ulduz futbolçunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, daha əvvəl Ceyms Rodriqes və Juan Motinyunu transfer edən knyazlıq klubu bu dəfə digər portuqaliyalı oyunçu Rikardo Karvalyo ilə rəsmi müqavilə imzalayıb.
35 yaşlı “Real”ın sabiq müdafiəçisi “Monako”nun formasını 1 il geyinəcək.
Qeyd edək ki, Karvalyo cari mövsümdə “Kral klubu”nun heyətində 8 matçda meydana çıxıb. “Monako”nun isə yaxın günlərdə “Barselona”nın qapıçısı Viktor Valdes və “Atletiko”nun hücumçusu Radamel Falkao ilə də müqavilə imzalayacağı gözlənilir.

- "Napoli" də "Qarabağ"la oyuna görə cərimələnib
- "Atletik" "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə cəzalandırılıb
- Almaniya millisinin sabiq üzvü faciəvi şəkildə həlak olub
- “Barselona” mərkəz müdafiəçisi axtarışındadır: üç namizəd var
- Braziliya millisinin üzvü karyerasını vətənində davam etdirəcək
0
0