“Mənim dostumu vurdular, burnunu partlatdılar” - MÜSAHİBƏ
29.05.2013 - 03:00
“Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyev Lent.az-a müsahibəsində “Neftçi” ilə oyundan sonra baş vermiş qalmaqaldan danışıb...
- Öncə oyun haqda nə deyə bilərsiniz?
- Hamı gördü ki, kişi kimi məğlub olduq. Axıradək oynadıq. Düzdür, penaltilər seriyasında uduzduq. Amma bu, lotereyadır. Meydanda gözəl futbol oldu. Hamı məncə, həzz aldı. Biz nə üçün oynayırıq? Ona görə ki, Azərbaycan futbolu inkişaf etsin. Amma futbolumuzda elə şeylər baş verir ki, bunlara yol vermək lazım deyil. Udmusunuzsa, təbrik edirəm. Amma mənim komanda yoldaşımı vururlar, alçaldırlar.
- Kimi?
- Kamran Abdullazadəni. Nəyə lazımdır bu? Qoçuluqla heç kim irəli getməyib. Biz öz oyunumuzla futbolumuzun inkişaf etdiyini dünyaya göstərməliyik. Udmusunuz, təbrik edirəm. Amma bu hərəkət nəyə lazımdır?
- Sizcə, qələbəyə hansı komanda daha çox layiq idi?
- Penaltilər seriyasında qələbə 50-nin 50-yə nisbətində sayılır. Biz məğlub olmamalı idik. Amma “Neftçi”ni təbrik etməliyik. Çünki qələbə qazandılar. Digər tərəfdən, biz bu oyunu udmalı idik. Layiqli oynamışdıq. Komanda yoldaşlarımı təbrik edirəm. Hamısının alnından öpürəm. Fəxr edirəm ki, belə komanda yoldaşlarım var. Söz verirəm ki, gələn mövsüm “Xəzər Lənkəran” gözəl nəticələrə imza atacaq, uğurlar əldə edəcək və öz sözünü deyəcək.
- Oyun öncəsi özünüzü sakit aparacağınıza söz vermişdiniz. Amma əksini gördük...
- Hamı görürdü ki, mənim komanda yoldaşımı döyürlər. Necə əsəblərimə hakim ola bilməyim? Məni düzgün başa düşün. Mən belə insanam, meydana qələbə üçün çıxıram. Hansısa səhv hərəkətim ola bilər, amma mən buna bilə-bilə yol vermirəm. Mənim dostumu vururlar. Nə qədər futbol oynayıram, bunu qəbul edə, belə şeyə imkan vermərəm. Etdiyim əsəbi hərəkətlərə görə Azərbaycan xalqından üzr istəyirəm. Amma bilə-bilə etmirəm.
- Hakimliklə bağlı nə deyə bilərsiniz?
- Hakimlərin müəyyən səhvləri oldu. Amma penaltilər seriyasında qələbə qazana bilmədiksə, onların ünvanına nə deyə bilərəm? “Neftçi”ni təbrik edirəm. Amma yenə deyirəm: “Xəzər Lənkəran” qələbəyə layiq idi.
- Oyundan sonra mükafatlandırma mərasiminə niyə gec gəldiniz?
- Bir az söz-söhbət oldu, ona görə. Deməyim düz çıxmaz, sadəcə, haqsızlıq oldu. Dostumu vurdular. Kim istəyir, günahı məndə görsün, qəzetdə yazsın. Amma Allah hər şeyi görür. Mən öz dostumun haqqını qorudum. Mənim dostumu vurdular, burnunu partlatdılar. Eybi yoxdur, bu günün sabahı var. Sabah Lənkərana gələcəklər.
- Bəs necə oldu ki, sonradan medalları almağa çıxdınız?
- Rəhbərlik “Çıxın, medalları götürün” dedi. Biz də rəhbərliyin sözündən çıxa bilmərik. Ona görə də medallarımızı götürdük.
- Yoxsa mükafatlandırmaya çıxmaq fikrində deyildiniz?
- Belə söz-söhbətdən sonra çətin idi.

0
0