Rövnəq Abdullayev: Meşə çaqqalsız olmaz
29.05.2013 - 03:17
“Çox gözəl oyun oldu. Bərabər mübarizə getdi. Şəxsən mənim xoşuma gəldi”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan kubokunda “Neftçi” və “Xəzər Lənkəran” arasındakı final matçı barədə jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
O bildirib ki, 11 metrlik zərbələrlə qələbə bəxtdən asılıdır.
Abdullayev “Xəzər Lənkəran”ın oyunundan yaxşı mənada təəccübləndiyini etiraf edib. AFFA prezidenti Azərbaycanı 2013-2014-cü il mövsümündə avrokuboklarda təmsil edəcək klublarımızın yüksək səviyyəli oyun sərgiləyəcəklərinə inam ifadə edib: “Bizim üçün ən əsası, qitə arenalarında yaxşı oynamaqdır. İnanıram ki, klublarımız bizi sevindirəcəklər”.
O, oyundan sonra baş verənlərə isə belə münasibət bildirib: “Meşə çaqqalsız olmaz”.
Eyni zamanda Dövlət Neft Şirkətinin prezidenti olan Abdullayev 2017-ci ilədək UEFA bayrağı altında keçirilən yarışlardan Çempionlar Liqası və Avropa Liqasına yox, yığma komandalar səviyyəsində turnirlərə sponsorluq edəcəklərini bildirib.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0