“Neftçi”dən al-qana boyanan mütləq rekord
29.05.2013 - 13:16
“Neftçi” Azərbaycan kuboku yarışlarının mütləq rekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümünün qalmaqallı, al-qana boyanan final oyununda “Xəzər Lənkəran”ı məğlub edən paytaxt təmsilçisi 5-ci dəfə mükafatın qalibi olub.
Bununla, “ağ-qaralar” Azərbaycan kubokunu ən çox qazanan komanda olub. Bunadək 4 kuboku olan “Neftçi” “Kəpəz”lə şərikli rekorda malik idi. Gəncə təmsilçisini arxada qoyan bakılılar sonuncu dəfə 2003/04 mövsümündə əldə etdiyi kubokda 9 illik həsrətə də son qoydu.
3 kuboku olan “Xəzər Lənkəran” isə qalib gəlməklə rekordçulara şərik olmaq imkanını qaçırdı. Cənublular kimi “Bakı” və “Qarabağ” da 3 dəfə buna nail olub. “İnşaatçı” ilə “Şəfa”nın hərəyə 1 mükafatı var.
Qeyd edək ki, 2001/02 mövsümü yarımçıq qalıb, 2002/03 mövsümündə isə yarış keçirilməyib.

AZƏRBAYCAN KUBOKU | |||
Tarix | qalib | finalçı | hesab |
30.08.1992 | “İnşaatçı” (Bakı) | “Kür” (Mingəçevir) | 2:1 əlavə vaxtda |
28.05.1993 | “Qarabağ” (Ağdam) | “İnşaatçı” (Sabirabad) | 1:0 əlavə vaxtda |
08.06.1994 | “Kəpəz” (Gəncə) | “Xəzər” (Lənkəran) | 2:0 |
28.05.1995 | “Neftçi” (Bakı) | “Kür” (Mingəçevir) | 1:0 |
15.05.1996 | “Neftçi” (Bakı) | “Qarabağ” (Ağdam) | 3:0 |
28.05.1997 | “Kəpəz” (Gəncə) | “Xəzri” (Bakı) | 1:0 |
28.05.1998 | “Kəpəz” (Gəncə) | “Qarabağ” (Ağdam) | 2:0 |
28.05.1999 | “Neftçi” (Bakı) | “Şəmkir” | 0:0 pen 5:3 |
28.05.2000 | “Kəpəz” (Gəncə) | “Qarabağ” (Ağdam) | 2:1 |
25.05.2001 | “Şəfa” (Bakı) | “Neftçi” (Bakı) | 2:1 |
09.05.2004 | “Neftçi” (Bakı) | “Şəmkir” | 1:0 əlavə vaxtda |
28.05.2005 | “Bakı” | “İnter” (Bakı) | 2:1 əlavə vaxtda |
03.06.2006 | “Qarabağ” (Ağdam) | “Karvan” (Yevlax) | 2:1 |
28.05.2007 | “Xəzər-Lənkəran” | “MKT-Araz” (İmişli) | 1:0 |
24.05.2008 | “Xəzər-Lənkəran” | “İnter” (Bakı) | 2:0 əlavə vaxtda |
23.05.2009 | "Qarabağ" Ağdam | "İnter" Bakı | 1:0 |
22.05.2010 | “Bakı” | “Xəzər-Lənkəran” | 2:1 əlavə vaxtda |
24.05.2011 | “Xəzər-Lənkəran” | “İnter” (Bakı) | 1:1, pen 4:2 |
17.05.2012 | “Bakı” | “Neftçi” (Bakı) | 2:0 |
28.05.2013 | “Neftçi” (Bakı) | “Xəzər-Lənkəran” | 0:0 pen 5:3 |
0
0