“Xəzər Lənkəran”dan dördüncü transfer
30.05.2013 - 11:38
“Xəzər Lənkəran” mövsümlərarası fasilədə 4-cü transferini həyata keçirib. Apasport.az-ın klubun saytına istinadən xəbərinə görə, cənub təmsilçisi Makedoniya yığmasının U-16 millisindən başlayaraq əsas milliyədək heyətə cəlb olunan Nikola Qliqorovla 1 illik müqavilə bağlayıb.
29 yaşlı futbolçu ampulaca yarımmüdafiəçidir. Futbolçunun son klubu Kiprin “Alka” klubu olub. Karyerasının çox hissəsini vətənində keçirən futbolçu Serbiyada da legioner həyatı yaşamaqla yanaşı qitəmiqyaslı turnirlərdə də böyük təcrübəyə malikdir.

0
0