AFFA “Neftçi”ni 82 min manat cərimələdi - YENİLƏNİB
30.05.2013 - 18:24
AFFA “Neftçi”ni 82 min manat cərimələdi - YENİLƏNİB
AFFA-nın İntizam Komitəsinin növbəti iclası başlayıb. Apasport.az saytının məlumatına görə, gündəlikdə duran məsələ Azərbaycan kuboku uğrunda “Neftçi” ilə “Xəzər Lənkəran” arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən final oyununda baş verən insidentləri müzakirə edib, ona hüquqi qiymət verib.

Belə ki, İntizam Komitəsi hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub. “Neftçi” klubunun komanda rəisi Güloğlan Cabbarovun komandadan tutduğu vəzifəsindən azad olduğunu nəzərə alaraq, AFFA “ağ-qaralar”ı 40 000 manat cərimələyib.

Paytaxt təmsilçisinin operatoru Dadaş Zeynalov dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanıb, klub isə 6000 manat ziyana düşüb. Eyni cəzaya və cəriməyə flaqmanın məşqçisi Neboşa Manoloviç də məruz qalıb.

Sözügedən qarşılaşmada dava salanların səbəbkarlarından olan qapıçı Saşa Stamenkoviç isə qeyri-etik hərəkətə görə 3 oyunluq cəzalanıb və klubu isə 2000 manat cəriməyə məruz qalıb.

“Neftçi”nin futbolçusu Mahir Şükürov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanıb, klubu 3000 manat, təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayev dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanıb, komandası 6000 manat, bakılıların təhlükəsizlik xidmətinin 3 üzvü - Əsgərov Elnur, Ağayev Şəhriyar və Seyidov Mirramin dava-dalaşda iştirak etdiyi üçün hər biri 12 oyunluq cəzalanıb, klubu 18 000 manat cərimələnib.

İntizam Komitəsi “Xəzər Lənkəran”nın 2 oyunçusu - Elnur Allahverdiyevi dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalandırıb, klubu 3000 manat, Rodomir Todorov 6 matçlıq cəzalandırıb, “ağ-yaşıllar”a isə 3000 manat cərimə kəsib.

“Neftçi” azarkeşləri meydançaya kənar əşya atıldığı üçün isə komanda 2000 manat ziyana düşüb.

Ümumilikdə isə İntizam Komitəsi “Neftçi”ni 82 min manat, “Xəzər Lənkəran”ı isə 7 min manat cərimələyib.

Qeyd: bu cəzalar yalnız Azərbaycan kubokuna şamil edilir.

Mənbə: pfl.az
0