Toşakı narahat edən mövqelər
30.05.2013 - 15:06
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak gücləndirmək istədiyi mövqeləri müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, uelsli mütəxəssis 1 qapıçı, 1 mərkəz yarımmüdafiəçisi və daha 2 hücumçu transfer etmək fikrindədir.
Ön xəttə AZAL-dan braziliyalı Junior Nildo alınsa da, daha 2 hücumçunun cəlb edilmək variantı başadüşüləndir.
Belə ki, “ağ-yaşıllar” “Neftçi” ilə ölkə kubokun finalından sonra əcnəbi hücumçuları – türkiyəli Gökhan Güləç və yunanıstanlı Dimitrios Sialmasla yollarını ayırdı. Buna qədər isə argentinalı hücumçu Lusiano Olquinin göndərildiyini nəzərə alsaq, cənub təmsilçisindən ötən mövsümdən 1 hücumçu – gənc Ağabala Ramazanov qalıb.
Qış fasiləsində transfer olunan ispaniyalı qapıçı Toni Doblas daim start heyətində yer almır və bir çox oyunlarda yerini gənc Orxan Sadıqlıya verir. Xorvatiyalı yarımmüdafiəçi Marin Orsuliçin isə hələ il yarımlıq müqaviləsi qalsa da, onun yerinə futbolçu alınacağı halda, yola salınacağı gözlənilir.
Marin ucaboylu olsa da, hazırda onun çıxışı Toşakı razı salmır və “Neftçi” ilə final matçının artıq ikinci hissəsinin əvvəlində əvəzlənməyi bunun göstəricisidir. Orsuliçin yerinə hücumçunun meydana buraxılmağı ilə orta sahədə boşluq yaransa da, uelsli mütəxəssis onun faydalı olmadığına görə belə etməyə qərar verdi.
Toşak hələ apreldə Marinin həmyerlisi olan digər dayaq yarımmüdafiəçisi – Roberto Alvizi komandadan kənarlaşdırmışdı.
Qeyd edək ki, lənkəranlılar müdafiəyə “Simurq”un kapitanı, millimizin də üzvü olan Rasim Ramaldanov və oyun qurucusu mövqeyinə AZAL-dan mərakeşli Zohair Benouahini alıb.

0
0